Ucar sakini qonşusunu öldürdü

26 Mart 2020 18:05

Ucar sakini qonşusunu öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib.

Kənd sakini, 1960-ci il təvəllüdlü Mövlan Muxtar oğlu Mustafayev qonşusu, 1958-ci il təvəllüdlü Qəzənfər Səftər oğlu Musayevi bellə vurub.

Q. Musayev hadisə yerində ölüb.                                                                                                                

Faktla bağlı araşdırma aparılır.

Milli.Az