Sumqayıtda mənzildən meyit tapıldı

26 Mart 2020 17:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Milli.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1982-ci il təvəllüdlü Ağayev Ruslan Akif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az