Karantin rejimi deputatlara şamil olunmayacaq

26 Mart 2020 17:32

"Deputat statusu haqqında" qanuna və Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik ediləcək. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə qanun layihələri Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Dəyişikliklər Milli Məclisin plenar iclaslarının 2020-ci il dekabrın 20-nə qədər elektron keçirilməsi qaydası və karantin rejiminin deputatlara şamil olunmamasını nəzərdə tutur.

Milli.Az