Teymur Rəcəbovun imtina etdiyi yarış yarıçmıq dayandırıldı

26 Mart 2020 16:23

Sankt-Peterburqda keçirilən iddiaçılar turniri yarımçıq dayandırılıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, FIDE koronavirus pandemiyasının yayılmasına görə belə qərar verib. 8 şahmatçının qatıldığı yarışın 7 turu başa çatmışdı.

Daha öncə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov turnirdən koronavirusa görə imtina etmişdi.

Milli.Az