Federasiya prezidenti: “A seriyasını iyunun 30-dan sonra davam etdirə bilərik”

26 Mart 2020 18:11

İtaliya A seriyasının bərpası yubanacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu futbol federasiyasının prezidenti Qabriele Qravina açıqlayıb.

O bildirib ki, öncədən çempionatı iyunun 30-dək yekunlaşdırmağı planlaşdırsalar da, bunun real görünməməsi ilə barışıb. Lakin Qravina yarışın bərpasına ümidini saxlayır: "Çempionatın bərpa olunacağı ilə bağlı ümidimi itirmirəm. Təslim olmaq çox ağırdır. Biz turniri iyunun 30-dan sonra davam etdirə bilərik".

Qeyd edək ki, İtaliya çempionatı koronavirus pandemiyası üzündən dayandırılıb.

Milli.Az