İran-Türkiyə sərhədində zəlzələ olub

26 Mart 2020 13:40

İran-Türkiyə sərhədində, İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 4,4 bal gücündə zəlzələ olub.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, zəlzələ 7 km dərinlikdə qeydə alınıb. 

Qeyd edək ki, ötən ay həmin bölgədə baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van şəhərinin bir neçə kəndində 9 nəfər ölüb, 54 nəfər xəsarət alıb.

Milli.Az