Bakıda qadına qarşı soyğunçuluq edildi

26 Mart 2020 16:49

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, F. İbrahimbəyov küçəsində qeydə alınıb. 

Naməlum şəxslər E. Qasımovaya xəsarət yetirərək, içərisində qızıl və mobil telefonu olan çantasını alıb qaçıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri - əvvəllər məhkum olunmuş Ə. Məmmədov saxlanılıb. Digər şəxsin də kimliyi müəyyənləşdirilib. 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az