Gəncədə xəstə qadın özünü öldürmək istədi

26 Mart 2020 12:07

Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 1960-cı il təvəllüdlü  Rəcəbova Məxmər Əhməd qızı yaşadığı evdə həyatına qəsd etmək məqsədi ilə sirkə turşusu içib.

O, şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Hazırda  ağır koma vəziyyətindədir. M.Rəcəbovanın ürək və sinir xəstəliyi nəticəsində keçirmiş olduğu psixoloji sarsıntı nəticəsində özünü öldürmək istədiyi bildirilir.

Milli.Az