Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı

26 Mart 2020 11:45

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.

Milli.Az bildirir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğunun APA-ya verdiyi məlumata görə, yaz sessiyasının növbəti plenar iclası martın 30-da keçiriləcək.

İclas saat 11:00-da başlayacaq.

Milli.Az