Vyetnamda koronaburgerlər satışa çıxarılıb - FOTO

26 Mart 2020 11:28

Vyetnamın paytaxtı Hanoyda koronaburgerlər satışa çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Hoanq Tunq adlı aşpaz müştərilərin diqqətini cəlb etmək üçün üzərində koronavirusa bənzər çıxıntıları olan burgerlər hazırlayıb.

Satışın ilk günündə 50-yə yaxın koronaburger satılıb.

Qeyd edək ki, bu günədək Vyetnamda 148 nəfər koronavirusa yoluxub.

Milli.Az