Unitazın oturacağını yalayan bloqer koronavirusa yoluxdu

26 Mart 2020 10:00

Kaliforniya sakini təhlükəli "TikTok" yarışmasında iştirak etdikdən sonra koronavirusa yoluxduğunu deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 21 yaşlı bloger koronavirus təhlillərinin müsbət nəticə verdiyini qeyd edib.

Bundan iki gün öncə həmin şəxs unitazın oturacağını yalayaraq bu hərəkətini əks etdirən videokadrları sosial şəbəkələrdə paylaşıb.

Xatırladaq ki, bu "TikTok" yarışmasını martın ortalarında təyyarədə eyni hərəkəti edən qız başladıb.

Milli.Az