Polşada koronavirusa yoluxanların sayı 1000-i keçib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yoluxanlardan 14-ü dünyasını dəyişib.
Polşa hökuməti sərhədlərinin bağlanması haqqında qərarın müddətini aprelin 13-dək uzadıb. Eyni tarixədək məktəb, teatr və kinoteatrlar da bağlı olacaq.
Qeyd edək ki, Pasxa bayramı ilə əlaqədar Polşada həmin tarixədək qeyri-iş günləridir.
Milli.Az