Alt paltarı ilə küçədə gəzən məktəbli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildi

26 Mart 2020 08:52

Rusiyanın Sankt-Peterburq şəhərində 13 yaşlı qız zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yoldan keçənlər məktəbli qızın yarıçılpaq vəziyyətdə şəhərdə gəzdiyini görərək polis idarəsinə məlumat veriblər.

Uşaq xəstəxanasına yerləşdirilən məktəbliyə kəskin etanol zəhərlənməsi diaqnozu qoyulub.

Orta ağır vəziyyətdə reanimasiya şöbəsində müalicə alan uşağın bir litr konyakı içdiyi məlum olub.

Milli.Az