İspaniya koronavirusdan ölənlərin sayına görə Çini keçdi

26 Mart 2020 08:12

İspaniyada koronavirusdan ölənlərin sayı daha 454 nəfər artaraq 3445 nəfərə çatıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla İspaniya koronavirusdan ölənlərin sayına görə Çini (3281) geridə qoyub.

Ölkədə ümumilikdə 47611 nəfər koronavirusa yoluxub.

Qeyd edək dünya üzrə koronavirusa yoluxanların sayı 460 min 658-ə çatıb.

Milli.Az