Xaçmazda 4 otaqlı ev yanıb

26 Mart 2020 08:18

Xaçmaz rayonunda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Çaykənarı kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə, 2-ci mərtəbəsi və dam örtüyü 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az