Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

26 Mart 2020 08:03

Türkiyədə yeni növ koronavirusan (COVİD-19) daha 15 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.

Onun sözlərinə görə, son 24 saat ərzində 5035 testin cavabı çıxıb, onlardan 561-i müsbət olub.

Nazir qeyd edib ki, ötən sutka ərzində 15 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 59 nəfərə çatıb.

F.Koca bildirib ki, ölkədə koronavirusa yoluxanların sayı 2433 nəfərə bərabərdir.

Milli.Az