İspaniyanın baş nazirinin müavini koronavirusa yoluxub

26 Mart 2020 07:55

İspaniya hökumətinin sədrinin birinci müavini Karmen Kalvo yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İspaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Baş nazirin müavini Karmen Kalvonun koronavirus testi müsbət nəticə verib".

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyi İspaniyanın iki nazirində və baş nazirin həyat yoldaşında da aşkarlanıb.

Milli.Az