Sabirabadda 3 otaqlı ev yanıb

26 Mart 2020 07:35

Sabirabadda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Kürkəndi kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli, 3 otaqlı, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az