İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının minaatanlardan hücumu nəticəsində iki türk hərbçisi həlak olub, daha ikisi isə yaralanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, terrorçuların bu rayonda müəyyən edilən 4 mövqeyinə hava zərbələri endirilib.
Qeyd edilir ki, hava zərbələri nəticəsində 8 PKK terrorçusu zərərsizləşdirilib.
Milli.Az