Latviyada da koronavirusa yoluxanların sayı artıb

25 Mart 2020 23:30

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 24 nəfər artaraq 221-ə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat bildirib.

Məlumata əsasən, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 7 min 957 nəfər müayinədən keçib.

Qeyd edilir ki, son sutka ərzində COVID-19 virusuna görə 1151 nəfərin analizinin 24-nün nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna edilmir.

Qeyd edək ki, ölkədə bu günədək COVID-19-dan heç bir ölüm faktı qeydə alınmayıb.

Milli.Az