29 yaşlı kişini "tok" vurdu

25 Mart 2020 23:25

Göygöldə 29 yaşlı kişini elektrik cərəyanı vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. Kənd sakini - 1991-ci il təvəllüdlü Asim Qurbanovu cərəyan vurub. O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az