"Koronavirus bütün bəşəriyyəti təhdid edir və..."

25 Mart 2020 23:00

Birləşmiş Millətlər Təşkilatı (BMT) yeni növ koronavirusa qarşı mübarizə məqsədilə dünyanın ən yoxsul ölkələrinə 2 milyard dollarlıq humanitar yardım ayıracaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş açıqlama verib.

"Koronavirus bütün bəşəriyyəti təhdid edir və ölkələrin fərdi mübarizəsi kifayət etməyəcək. Dünyanın virusa qarşı ortaq bir mübarizəsi olmalıdır", - deyə Baş katib qeyd edib.

Quterreş bütün ölkələri yardım planına dəstək göstərməyə çağırıb.

Milli.Az