Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

25 Mart 2020 22:40

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 75 nəfərə çatıb.

Trend-in Gürcüstanın hökümət saytına istinadən verdiyi məlumata görə, koronavirusdan 10 nəfər sağalıb, hazırda 4 mindən atıq insan karantindədir, 252 nəfər isə xəstəxanalardan həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, koronavirusun yayılması səbəbilə Gürcüstanda aprelin 21-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Milli.Az