Misirdə koronavirusdan ölənlərin sayı 20 nəfərə çatıb

25 Mart 2020 23:10

Misirdə koronavirusdan ölənlərin sayı 20 nəfərə çatıb. Martın 24-də İsgəndəriyyə şəhərinin 54 yaşlı qadın sakini COVID-19 virusundan həyatını itirib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat verən Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed son bir gündə virusa daha 36 yoluxma halının qeydə alındığını bildirib. O əlavə edib ki, bu günədək ölkədə 402 nəfərdə COVID-19 virusu aşkar edilib.

Nazirliyin rəsmisi qeyd edib ki, son bir sutkada koronavirusa yoluxanların hamısı Misir vətəndaşlarıdır. Onlar xəstəxanalarda karantin altına alınıb və vəziyyətləri sabitdir. Meqahed əlavə edib ki, martın 24-də 12 nəfər, o cümlədən üç əcnəbi xəstə müalicə olunaraq evə buraxılıb.

Milli.Az