Ferma yanıb

25 Mart 2020 20:30

Kürdəmir rayonunun Ərəb Qubalı kəndində ümumi sahəsi 3200 m² olan fəaliyyət göstərməyən fermanın dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az