Rektor Elmar Qasımov əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

25 Mart 2020 17:09

Bakı Ali Neft Məktəbinin (BANM) Rektoru Elmar Qasımov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulub. O, ölkə başçısının müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 aylıq əmək haqqını ianə edib.

Bu barədə Milli.Az-a BANM-dan bildirilib.

Rektor bu yolla "COVID-19" pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə dəstəyini nümayiş etdirib.

Milli.Az