COVID-19-un mikroskop altında görüntüsü

26 Mart 2020 19:10

Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi (Rospotrebnadzor) Novosibirskdəki Vektor İnstitutunun alimlərinin koronavirusun ilk mikroskopik görüntülərini çəkməyi bacardıqlarını açıqlayıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Rospotrebnadzor-un açıqlamasına görə, rusiyalı alimlər koronavirusun ilk şəkillərini keçirici elektron mikroskop JEM 1400-də istifadə olunan mənfi kontrast üsulu ilə çəkməyə müvəffəq olublar.

Hər hissəciyin ölçüsünün 100-120 nanometr olduğu qeyd edilib.

Milli.Az