Kimyaterapiya və fototerapiyanı birləşdirən xərçəngə qarşı dərman

26 Mart 2020 23:15

Alimlər kimyaterapiya və fototerapiyanı birləşdirərək təsirli bir xərçəng dərmanı yaratmağı bacardı. Yeni dərman, geniş formada istifadə edilən iki müalicə üsuluna görə təsirli nəticələr göstərdi.

Çox təəssüf ki, hələ də xərçəngi sağaltmaq üçün qəti bir müalicə yoxdur. Həkimlər radiasiyadan kimyəvi dərmanlara və fototerapiyaya qədər hər şeyi sınamaqlarına baxmayaraq təsirli bir həll tapa bilməyiblər.

Kimyaterapiya müalicəsində bədənə xərçəngli hüceyrələrə qarşı mübarizə aparmaq üçün dərman verilir və bu üsulda ən məşhur istifadə edilən dərmanlardan biri sisplatin olaraq bilinir. Bu dərman, şiş hüceyrələrinin DNT-nə bağlanaraq xərçəng hüceyrələri öldürmə məqsədi daşıyır.

Digər tərəfdən fotodinamik müalicə (PDT) isə şişə metal bir kompleks əlavə edərək, bədəni lazer işığına məruz qoyur. Beləcə kompleksin, hüceyrələrlə reaksiyaya girən və xərçəngli hüceyrələri yox etdiyi bilinən reaktiv oksigen növlərinin yaradılması təmin edilir.

Dərman, müqavimətli xərçəng hüceyrələri üzərində təsirli oldu və 10-qat daha çox xərçəng hüceyrəsi yox etdi. Xərçəng dərmanı yalnız laboratoriyadakı hüceyrələr üzərində sınandı və insanlar üzərində təcrübə edilərək istifadə edilə bilməsi uzun bir müddət alacaq.

Milli.Az