Levandowski günahını etiraf etdi: O sənədləri mən oğurlamışam

26 Mart 2020 08:51

Uber şirkətində avtonom maşınların istehsalına rəhbərlik edən Anthony Levandowski Google şirkətinə məxsus məxfi məlumatları oğurladığını etiraf edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, o, öz ifadəsində bildirib ki, Uber Technologies şirkətinə gəlmədən öncə, keçmiş iş yeri Google-a məxsus bir neçə məxfi informasiyanın əks olunduğu sənədləri də oğurlayıb.

İstintaqçı qrup Levandowskiyə bu etirafı qarşılığında həbs cəzasını 30 ay azalacağını bildiriblər.

Qeyd edək ki, 2017-ci ildə Google və Waymo şirkətləri keçmiş əməkdaşı Lewandowskini şirkətə məxsus məxfi məlumatları oğurlamaqda günahlandırıb.

Google şirkəti əmək qanununu pozduğuna görə ondan 179 milyon dollar vəsait tələb edir.

Milli.Az