Ermənistanda koronavirusa yoluxanların sayı 265 nəfərə çatıb

25 Mart 2020 12:48

Ermənistanda koronavirusa yoluxanların sayı 265 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 30 nəfər virusa yoluxub.

Hazırda 249 nəfər müalicəsini davam etdirir.

Qeyd edək ki, Ermənistandan martın 16-dan başlayaraq fövqəladə vəziyyət elan olunub. Ölkəyə giriş-çıxış məhdudlaşdırılıb, kütləvi tədbirlər qadağan edilib.

Milli.Az