Fransa klubunun 3 futbolçusu koronavirusa yoluxdu

25 Mart 2020 16:48

Fransanın "Lill" klubunun 3 futbolçusu koronavirus pandemiyasına yoluxub.

Milli.Az qol.az-a istinadla xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Futbolçuların xəstəxanaya yerləşdirildikləri bildirilib. Onların adları açıqlanmır.

Klubun yaydığı açıqlamada futbolçuların vəziyyətinin normal olduğu bildirilib.

Milli.Az