"Məmurlar mənə seks hədəfi kimi baxır, amma, mən ruhumu heç vaxt pula satmaram"

25 Mart 2020 11:30

"Hər kəs fərqli bir gözəlliyə sahib oldugumu deyir. Mən isə özümə çirkin bəxti arzulayıram. Çünki bu gözəllik başıma bəladır və çox qapıları üzümə bağlayır".

Bunu yenicag.az-a açıqlamasında aparıcı Lətafət Ələkbərova söyləyib.

O, bəzi məmurlardan da gileylənib:

"Bəzi məmurlar mənə seks hədəfi kimi baxır. Onların təklifini rədd etdiyim üçün bütün qapıları üzümə bağlayırlar. Adlarını çəksəm, yer yerindən oynayar. Bəzi telekanalları üzümə bağlayıblar. Onlar anlamır ki, ruhumu heç vaxt pula satmaram, həmin adam dünyanın ən imkanlı və yaraşıqlısı olsa da belə. Hətta dərdimdən ölsələr də belə, mən seçilmirəm, özüm seçirəm. Çünki özümə, duyğularıma, ruhuma sadiq və dəyər verən xanımam".

Milli.Az