Bakıda Olimpiya şəhərciyində həkimləri alqışlayıblar - VİDEO

25 Mart 2020 01:30

Bakıda xaricdən evakuasiya olunan Azərbaycan vətəndaşlarının karantinə qoyulduğu Olimpiya şəhərciyində həkimlərə dəstək olaraq aksiya keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə qızı karantində olan Vüqar Sadiq deyib.

V.Sadiq qızının bu gün səhər reysi ilə Nyu Yorkdan uçduğunu və bu fleşmobun şahidi olduğu Olimpiya şəhərciyində iki həftəlik karantində olduğunu qeyd edib:

"Bu gün axşam saat 9-da şəhərdə olanlar koronavirusla cəsarətlə mübarizə aparan həkimləri bütün korpusla alqışlamağa başladılar və onlara dəstək üçün şüarlar səsləndirdilər".

O, qızı Fidan Sadiqdan sitat da gətirib. Onun sözlərinə görə, uzun müddət xaricdə yaşayan Fidan azərbaycanlı həkimlərin işlərində nə qədər peşəkar olduqlarını və karantində necə qayğı ilə əhatə olunmağını görməkdən şad olub:

"Fidan da aksiyada iştirak etdi və əbəs yerə deyildi. O, şəhərdə olan digər insanlarla birlikdə hazırda tibb işçisi vəzifəsini yerinə yetirən nənəsi də daxil olmaqla bütün həkimləri alqışlayıb".

Milli.Az