FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb

24 Mart 2020 19:43

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Milli.Az