Dezinfeksiya edilməsi vacib olan sahə və səthlər

24 Mart 2020 11:42

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İctimai iaşə müəssisələrində dezinfeksiya edilməsi vacib olan sahə və səthləri açıqlayıb.

Milli.Az-ın AQTA-ya istinadən məlumatına görə, sözügedən səthlər aşağıdakı kimidir:

- İctimai iaşə müəssisələrinin ərazisi
- Binanın daxilində olan bölmələr
- Masa və stulların səthləri
- Pəncərələr və pəncərə altlıqları, tutacaqları
- Döşəmə və divar səthləri
- Qapılar və qapı tutacaqları
- Mətbəx avadanlıqları
- Təmizlik üçün istifadə olunan bölmələr

Milli.Az