"Hidro Insaat Servis" MMC koronavirusla mübarizəyə dəstək oldu

23 Mart 2020 19:34

"Hidro Insaat Servis" MMC koronavirusla mübarizəyə dəstək olub.

MMC-dən Trend-ə verilən məlumata görə, ölkə başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarların dəstəyi davam edir.

2011-ci ildən beynəlxalq və yerli sənaye layihələri üçün tikinti tətbiqetmələrini həyata keçirən "Hidro Insaat Servis" MMC sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşularaq, Fondun hesabına 100 min manat məbləğində vəsait köçürüb.

Milli.Az