“AZDIZAYN GROUP” MMC-dən koronavirusla mübarizəyə dəstək

23 Mart 2020 15:14

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarların dəstəyi davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, "AZDIZAYN GROUP" MMC koronovirusla mübarizə məqsədilə Fonda 10 min manat vəsait köçürüb.

Məlumat üçün bildirək ki, "AZDIZAYN GROUP" MMC şirkəti 2019- cu ildən etibarən Azərbaycanda, Avropa və Asiya istehsalçılarının tanınmış inşaat materiallarını topdan və pərakəndə satış bazarında təmsil edir.

Milli.Az