PUBG Mobile yükləmə sayı ilə rekord qırdı

24 Mart 2020 08:25

Dünən təqdimatının ikinci ili tamam olan PUBG Mobile yükləmə sayı ilə rekord qırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, 600 milyon şəxs tərəfindən yüklənən PUBG Mobile mobil oyunlar arasında ən çox yüklənmə sayına çatıb.

Məlumatda o da qeyd olunub ki, oyunun orta hesabla 50 milyon gündəlik aktiv istifadəçisi var.

Tencent və PUBG Corporation-dan bildirilib ki, bu rəqəmlərə Çindəki istifadəçilər daxil edilməyib. Çinin əhali sayını nəzərə alındıqda oyunun qazandığı uğur bütün detalları ilə ortaya çıxır. Oyun təqdim ediləndən bu günə kimi 6 fərqli rejim əlavə edilib: Sübh vaxtı, Qaranlıq gecə, Arena, İnfeksiya, Yük və Qış festivalı.

Milli.Az