İstifadəçi sayı 400 milyona çatdı – Huawei AppGallery ilk üçlüyə daxil oldu

24 Mart 2020 07:51

Huawei şirkətinin tətbiq mağazası olan AppGallery istifadəçi sayına görə dünyada ilk üçlüyə daxil oldu.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda sözügedən şirkət məlumat yayıb.

Məlumata görə, iki il ərzində tətbiqin istifadəçi sayı 400 milyona çatıb: "AppGallery-ni 170 ölkədən 600 milyon insan müxtəlif qacetlərə yükləyib".

Qeyd edək ki, şirkət istifadəçi sayını çoxaltmaq üçün 1 milyard dollardan çox sərmayə yatıracaq.

Milli.Az