WhatsApp iPhone istifadəçiləri üçün bəzi məhdudiyyətlər tətbiq edəcək.
Milli.Az ted.az-a istinadən bildirir ki, artıq iPhone istifadəçiləri göndərilən mesajı ikitərəfli silə bilməyəcəklər. Çünki WhatsApp vasitəsilə iPhone-lara göndərilən mesaj və fotolar sosial şəbəkədən silinsə də, telefonun yaddaşında qalacaq. iPhone istifadəçiləri WhatsApp danışığı zamanı "bu mesaj silindi" xəbərdarlığını görsələr də, qarşı tərəf ismarıcı görməyə davam edəcək.
Milli.Az