"Bulvar Hotel" Operativ Qərargahın istifadəsinə verildi

23 Mart 2020 13:57

"Absheron Hotel Group" koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq "Bulvar Hotel"i mart ayının 24-dən etibarən müvəqqəti olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verir.

Milli.Az Trend-ə istinadən bildirir ki, oteldə koronavirusla mübarizə tədbirləri üzrə görülən tədbirlərin bütün xərcləri "Absheron Hotel Group" tərəfindən ödəniləcək.

Milli.Az