Bakıdakı aerobika üzrə dünya çempionatı təxirə salındı

23 Mart 2020 13:29

Bakıda keçirilməsi nəzərdə tutulan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyası (FİG) bəyanat yayıb.

Qeyd edilir ki, mayın 14-16-da Bakıda keçirilməsi planlaşdırılan çempionat koronavirus infeksiyası səbəbilə qeyri-müəyyən müddətə təxirə düşüb.

Əlavə edilib ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında çempionatın növbəti tarixi ilə bağlı müzakirələr aparılır.

Milli.Az