“Yuventus” bütün futbolçularını koronavirus testindən keçirdi - NƏTİCƏ

23 Mart 2020 18:09

"Yuventus" bütün futbolçularını koronavirus testindən keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, test zamanı yeni virusa yoluxma halı aşkarlanmayıb. Testdən bütün futbolçular, o cümlədən vətəni Portuqaliyada olan Kriştiano Ronaldo da keçib.

Xatırladaq ki, Turin klubunda son olaraq Paolo Dibala (sevgilisi ilə birgə), daha öncə isə Blez Matyudi və Daniele Ruqanidə koronavirus aşkarlanıb.

Milli.Az