23 yaşlı qıza təcavüz edənlər EDAM OLUNDULAR - FOTO

23 Mart 2020 07:44

Hindistanda təcavüzdə günahkar bilinən 4 nəfər edam olunub.

Milli.Az xəbər verir ki, hadisə 2012-ci ilin dekabr ayında qız, dostu ilə kinoteatrdan evə qayıdarkən baş verib. 6 sərxoş kişi avtobusa minərək, 23 yaşlı tibb fakültəsinin tələbəsinə təcavüz ediblər, dostunu isə ölümcül döyüblər.

Sonra isə təcavüzkarlar hər iki qurbanlarını yol kənarına atıblar. Qız, daxili orqanların ölümcül yaraları səbəbindən 2 həftədən sonra vəfat edib. Ancaq o, ölümündən əvvəl təcavüzkarları müəyyənləşdirərək polisə ifadə verib.

Yanvar ayında edam cəzasına məhkum edilən kişilər mart ayında  Hindistanın Yeni Dehli şəhərində edam ediliblər. Baş vermiş cinayət Hindistanda xalqın etirazına və hüquqi islahatlara səbəb olub. Bu barədə Daily Mail xəbər verir.
Altı cinayətkardan biri həbsxanada intihar edib, digəri isə 17 yaşında olduğu üçün, məhkəmə onun yetkinlik yaşına çatmadığına görə 3 il cəza kəsib.
Cinayətkarların edamında polis və fəallar iştirak edib. Onlarla insan təbriklərini səsləndirərək "Qadınlara ədalət" kimi şüarlar səsləndiriblər.

Hindistan hökumətinin verdiyi məlumata görə, 2018-ci ildə polis, 34 minə yaxın təcavüz hadisəsini qeydə alıb. Güman edilir ki, dəqiq rəqəmlər daha yüksəkdir,  çünki bir çoxları bunu polisə bildirməkdən çox qorxurlar. (ölkə.az)

Milli.Az