İslam aparıcılıqdan getdi

22 Mart 2020 17:49

Aktyor İslam Mehrəliyev aparıcısı olduğu "Üçümüz" layihəsindən uzaqlaşıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, hazırda teleşouda onu həmkarı Erkin Ergin əvəz edir.

Qeyd edək ki, proqramın digər aparıcıları Elcan Rəsulov və Anar Xəlildir.

Onu da bildirək ki, bundan öncə "Üçümüz"də aktyorlar Ülvi Həsənli və Həsrət Həsrətov aparıcılıq edib.

Milli.Az