DTX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 min manat vəsait köçürüb

22 Mart 2020 16:29

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 min manat məbləğində vəsait köçürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin vəsaitin köçürülməsi Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının könüllü istəyi ilə onların aylıq pul təminatı hesabına həyata keçirilib.

Milli.Az