Bakıda kafedə yanğın baş verib

22 Mart 2020 15:47

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 80 m² olan kafenin mətbəxində lambirindən ibarət divar üzlüyü 2 m² sahədə əriyib, yüksək temperaturdan soyuducu qarsalanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az