Ermənistanda koronavirusa yoluxanların sayı 190 nəfərə çatıb

22 Mart 2020 11:14

Ermənistanda koronavirusa yoluxma hallarının sayı 190-a çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzinin saytında bildirilib.

Məlumatda deyilir: "Ermənistanda 190 koronavirusa yoluxma faktı təsdiqlənib. İki nəfər sağalıb, xəstəlikdən ölən yoxdur".

Qeyd edək ki, daha əvvəl 160 yoluxma faktı təsdiqlənmişdi.

Milli.Az