COVID-19 istifadə etdiyimiz su vasitəsilə də yayılır? - Açıqlama

22 Mart 2020 10:59

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusun (COVID-19)  krandan gələn suyun vasitəsilə də yayılmağı məsələsinə aydınlıq gətirib.

"Bu faktın doğruluğuna dair elmi sübutlar yoxdur", - deyə ÜST-nın rəsmi nümayəndəsi Tarik Yazareviç mətbuata açıqlamasında bildirib.

Xatırladaq ki, ÜST martın 11-də yeni növ koronavirusu pandemiya elan edib. 

Milli.Az