Çingiz Mustafayevlə Tünzalə Ağayevadan alqışlanan HƏRƏKƏT

21 Mart 2020 13:09

Xalq artisti Tünzalə Ağayeva ilə müğənni Çingiz Mustafayev sosial şəbəkədə canlı yayım vasitəsilə izləyicilərə konsertlər verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barəbə sənətçilər instaqramda məlumat yayıb.

"Evdən də dinləyicilərimə musiqi qidası ötürmək istəyirəm", - deyə Tünzalə Ağayeva instaqramda qeyd edib.

Çingiz Mustafayev isə hər kəsi evdə qalmağa səsləyib:

"Epidemiyanın tez bitməsini istəyiriksə, məhz birgə təmasdan özümüzü saxlamağımız, maksimum evlərimizdə qalmağımız çox vacibdir".

Koronavirus epidemiyasının dünyada sürətli yayıldığı dönəmdə ulduzların motivasiya məqsədilə atdığı bu addım böyük maraqla qarşılanıb.

Milli.Az